Hindistan və sionist rejimin əlaqələri tənqid olunub
Hindistanın Alimlər Cəmiyyətinin baş katibi və sünni ruhani Mövlana Mahmud Mədəni sionist rejim başçısının Hindistana səfərini tənqid edib.
Səhər telekanalının Urdu Radio və Televiziyasının məlumatına görə, Hindistan Alimlər Cəmiyyətinin baş katibi və sünni ruhani Mövlana Mahmud Mədəni sionist rejim başçısı Ravi Rivlinin Hindistana səfərini tənqid atəşinə tutaraq deyib: Əgər Narndra Modi hökuməti Yeni Dehli və Təl-Əvivin əlaqələrinə yenidən baxmazsa, Hindistanın partiyaları, siyasi və dini qrupları etiraz aksiyaları təşkil edəcəklər.
Mövlana Mahmud Mədəni bildirib: Hindistan hökuməti zalım və uşaq qatili olan İsrail rejimi ilə səmimi əlaqələr qurmamalıdır. Çünki hökumətin bu hərəkəti Qandi və Hindistanın lideri Nehrunun inanclarına qarşıdır.
Hindistan Alimlər Cəmiyyətinin baş katibi deyib: Əgər sionist rejimlə iqtisadi və ticarət əlaqələri qurarsaq, biz də zülm və uşaq qətlində İsrailin cinayətinə şərik olacağıq. Çünki İsrail ötən 25 ildə çoxlu sayda günahsız kişi, qadın və uşağı qətlə yetirmiş və beynəlxalq qanunları pozmuşdur. Buna görə, qəsbkar rejimlə diplomatik əlaqələrin qurulması və güclənməsi pislənilir. Hindistan da İsraili dövlət terrorizminin simvolu olaraq elan etməlidir.