Dünya ictimaiyyəti sionist rejimin nüvə proqramlarından nigarandır
İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi deyib: İsrail rejiminin hərbi nüvə proqramı dünya ictimaiyyətinin ciddi nigaranlığı mənbəyidir.
IRNA-nın məlumatına görə, İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi Reza Nəcəfi dünən agentliyin direktorlar şurasının fəsillik yığıncağında Qərbin sionist rejimin nüvə proqramı ilə bağlı iklili siyasətinin mənfi təsirinə toxunaraq, vurğulayıb: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bu məsələyə dəqiq diqqəti və onu ciddi şəkildə araşdırması zəruridir.
Nəcəfi dünya ictimaiyyətinin MAQATE-nin sionist rejimin NPT müahidəsinə qoşulması və bu rejimin nüvə təsisatlarının agentliyin müahidələrinin tam nəzarəti altına alınmasna dair qətnamələri formasında irəli sürdüyü tələblərə işarə edərək, söyləyib: Sionist rejim ötən illər ərzində dünya ictimaiyyətinin qanuni tələblərinə məhəl qoymadan və bütün beynəlxalq qanun-qaydaları aşkar surətdə pozaraq, öz hərbi nüvə proqramını inkişaf etdirməyi davam etdiribdir.
İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi sionist rejimə nüvə təchizatları və maddələrinin köçürülməsi və bu rejimlə hər cür həmkarlığın tam şəkildə qadağan edilməsini istəyib və bu cür hərəkətlərin NPT müahidəsinin stabilliyinə və regionun təhlükəsizliyinə olan mənfi təsirləri barədə xəbərdarlıq edib.
İordaniyanın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki səfiri də ərəb qrupuna üzv ölkələrin adından bir bəyanat oxuyaraq, qərblilərin İsrail rejiminin nüvə proqramlarını dəstəkləmələrini pisləyib. O, bu rejimin qeyd-şərtsiz olaraq, NPT-yə qoşulmasını istəyərək, vurğulayıb: Bu mövzunun reallaşmasınadək region və dünya üçün bir təhdid olan İsrail rejiminin nüvə proqramları məsələsi agentliyin gündəmində qalsın.