Noy 19, 2016 11:49 Asia/Baku
  • Obama və Avropa Rusiyaya qarşı sanksiyaların uzadılması barədə razılığa gəliblər
    Obama və Avropa Rusiyaya qarşı sanksiyaların uzadılması barədə razılığa gəliblər

Barak Obama prezidentliyinin son aylarında anti-rus siyasətlərini davam etdirərək, Rusiyaya qarşı sanksiyaların uzadılması barədə Avropa başçıları ilə razılığa gəlib.

IRNA-nın məlumatına görə, ABŞ prezidenti dünən Berlində Avropa Birliyinə üzv bir neçə ölkənin başçısı ilə görüşdə 2014-cü ildən bəri davam edən Ukrayna məsələsilə bağlı Rusiyaya qarşı sanksiyaların uzadılması barədə razılığa gəlib.

O, bu görüşdə Rusiyanı Minsk razılaşmasını icra etməməkdə ittiham edib.

İnterfaks xəbər agentliyi Obamaya istinadla yazıb ki, Rusiyaya qarşı sanksiyalar Minsk razılaşması icra olunmayanadək uzadılacaqdır.

Minsk razılaşması Ukrayna böhranının həlli məqsədilə 2015-ci ilin fevralında Rusiya, Fransa, Almaniya və Ukrayna tərəfindən imzalandı.

Berlin iclasında Obamadan əlavə, Almaniya kansleri- Angela Merkel, Fransa prezidenti- Fransua Olland, eləcə də İngiltərə, İtaliya və İspaniyanın baş nazirləri Terzami, Matteo Renzi və Mariano Raxoy iştirak ediblər.

Obama habelə Yunanıstan daxil olmaqla bir neçə Avropa ölkəsinə olan son səfərində Rusiyaya qarşı sanksiyaların davam etməsinə çalışdı və avropalı liderlərdən istədi ki, özlərinin anti-rus siyasətlərini davam etdirsinlər.

Qeyd edək ki, Moskva-Vaşinqton əlaqələri soyuq müharibə dövründən bəri özünün ən aşağı həddinə enibdir.

Teqlər