Noy 22, 2016 10:04 Asia/Baku
  • Hindistanın şimalında baş vermiş dəmiyolu qəzasında həlak olanların sayı artıb
    Hindistanın şimalında baş vermiş dəmiyolu qəzasında həlak olanların sayı artıb

Hindistan rəsmilərinin bildirdiklərinə görə, bu ölkənin şimalında bir qatarın aşması nəticəsində həlak olanların sayı 145 nəfərdən çoxdur.

Sin-Xua-nın məlumatına görə, Hindistanın "Kanpur Dehat" məntəqəsindəki müalicə mərkəzinin baş həkimi Anita Sinqh dünən bildirib ki, Utar-Pradeş əyalətindəki Kanpur şəhərinin ətrafında yerləşən Pukrayan məntəqəsi yaxınlığında qatarın relsdən çıxması hadisəsində həlak olanların sayı indiyədək 145 nəfər olub.

Utar-Pradeş əyalətinin polis rəisi Cavid Əhmədin sözlərinə görə, indiyədək 123 cəsədin kimliyi müəyyənləşib və 110 nəfərin cəsədi ailələrinə təhvil verilib.

Ötən çərşənbə axşamı günü səhər çağı Madhaya Pradeş əyalətinin İndor şəhərindən Bihar əyalətindəki Patna şəhərinə hərəkət edən ekspress qatarın 14 vaqonu sərnişinlər yuxuda olarkən relsdən çıxıb

Hindistanın dəmiryolu şəbəkəsi dünyanın ən geniş dəmiryolu xətlərindən və bu ölkə xalqının uzun məsafələri getmək üzrə əsas seçimi saılır. Bununla belə, bu sektor ayrılan büdcə çox cüzidir və onda ölümcül hadisələr dövri şəkldə baş verir.

Hindistanın baş naziri Narendra Mudinin hökuməti vəd veribdir ki, bu ölkəninn sıradan çıxmış dəmiryolu xətlərinin yeniləşdirilməsi üçün qarşıdakı beş il ərzində 137 milyard dollar xərcləyəcək.

Teqlər