Noy 23, 2016 12:32 Asia/Baku
  • Avropa Parlamenti
    Avropa Parlamenti

Avropa Parlamentinin səsi Avropa Birliyinin Avropa Müdafiə Birliyinin yaranması səmtinə hərəkət etməsinə start vermiş olub.

AP üzvləri dünən Avropa Müdafiə Birliyinin yaranmasına yol açacaq bir qətnaməyə səs veriblər. Qətnamədə üzv ölkələrin Ümum Daxili İstehsalın 2 faizini müdafiə sektoruna yönəltmələri təklif olunur. Bu səsvermə AB-də daha yaxından müdafiə əməkdaşlıqlarına zəmin yaradır, bu əməkdaşlıq çox milliyyətli qüvvələrin, əməliyyatların koordinasiya edilməsi üçün AB-nin müdafiə qərargahının yaradılmasını əhatə edir. Avropa Müdafiə Birliyi ilə əlaqədar qətnamə 369 lehinə, 255 əleyhinə və 70 bitərəf səslə qəbul edilib. 

AP-nin "Avropa uğrunda liberallar və demokratlar koalisiyası"-dan olan üzvü Urmas Paet deyib: Birliyimiz sarsıdıcı müdafiə təhdidlərinə qarşı hazır deyil. Təxminən 30 il müddətinə üzv olkələrin bir çoxu özlərinin müdafiə büdcələrini azaldıblar və bu da silahlı qüvvələrin get-gedə kiçilməsinə gətirib çıxarıb. Üzv ölkələr arasında əməkdaşlıqlar vaxtaşırı həyata keçirilir və Avropa NATO və Amerikanın gücünə asılı vəziyyətdədir. 

İclasın davamında AB-nin xarici siyasət üzrə koordinatoru Federika Moqerini deyib: Biz daha müttəfiq bir birlik yaratmaq strategiyasını müzakirə etdik. Bu gün qəbul olunmuş qərarlar göstərir ki, ümumdünya strategiyanın icrası sürətlə hərəkətini davam etdirir və digər siyasətlər o cümlədən inkişaf siyasətləri ilə paralel şəkildə irəliləyir. 

Bu  mətubat konfransında AP üzvü Urmas Paet deyib: NATO-nun xərclərinin təxminən 75 faizini Amerika təmin edir 25 faizi də Avropa ölkələrinin üzərinə düşür, demək tamiylə aydındır ki, burada balans yoxdur və məhz buna görə də bu hesabat Avropa Birliyinə üzv ölkələrin özlərinin ÜDİ-nin 2 faizini müdafiə sektoruna ayırmaları təklif edilir. 

Teqlər