Dek 07, 2016 18:08 Asia/Baku
  • NATO və Avropa Birliyi Ukraynaya dəstək üçün əməkdaşlıqları artırırlar
    NATO və Avropa Birliyi Ukraynaya dəstək üçün əməkdaşlıqları artırırlar

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru və Şimali Atlantik Alyansının baş katibi Ukrayna ilə öz əməkdaşlıqlarını artırırlar.

İnterFax Xəbər Agentliyinin məlumatına görə, Şimali Atlantik Alyansı NATO baş katibi Yens Stoltenberq çərşənbə axşamı günü bu alyansa üzv ölkələrin xarici işlər nazirlərinin Brüssel iclasından sonra deyib: Ukrayna üçün geniş dəstəklərin təmin olunması istiqamətində NATO və Avropa Birliyi arasında əməkdaşlıqların artırılması təsirli olacaqdır. 

NATO baş katibinin sözlərinə görə, iki tərəf müdafiə və təhlükəsizlik obyektləri ilə bağlı islahatların icrasında Ukraynaya kömək edəcək. 

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini də deyib: Bu birlik iqtisadi və ictimai islahatlara xüsusi diqqət yetirməklə Ukraynaya kömək edəcək. 

Teqlər