Dek 08, 2016 17:59 Asia/Baku
  • Yunanıstanda ümumölkə aksiyası

Yunanıstan fəhlə birlikləri dövlətin əmək haqqılarının azaldılmasına dair proqramına etiraz olaraq, aksiya keçiriblər.

Frans-Press-in məlumatına görə, Yunanıstan fəhlə birliklərinin bugünkü ümumölkə aksiyası dövlət xəstəxanaları, banklar, şəhər nəqliyyat sistemi, zavodlar və emalatxanaların fəaliyyətlərinin dayanmasına səbəb olubdur.

Yunanıstan fəhlə birlikləri bildiriblər ki, rəsmi Afina elə bir halda sərt iqtisadi siyasətlərin icrasını vurğulayır ki, xalq kəskin məişət problemləri və yoxsulluqla üz-üzədir.

Yunanıstan dövləti Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və Beynəxalq Valyuta Fondundan ibarət beynəlxalq kreditorlardan maliyyə yardımları almaq üçün sərt iqtisadi siyasəti gündəmə daxil edibdir.

Teqlər