Vyanada Qətər əmirinin iqamətgahı qarşısında aksiya keçirilib
Dek 11, 2016 10:36 Asia/Baku
Onlarla Misir və Liviya vətəndaşı Vyanada Qətər əmirinin iqamətgahı önündə piket keçirərək, Dohanın ərəb ölkələrinin daxili işlərinə müdaxiləsini pisləyiblər.
Rusiya Əlyəum informasiya kanalının verdiyi məlumata görə, piket iştirakçıları Qətər dövləti və Əlcəzirə telekanalının Misir, Suriya və Liviyanın daili işlərinə müdaxilələrini pisləyiblər.
Aksiya iştirakçıları Qətər əmiri Təmim bin Həməd bin Xəlifə Ali Saninin terrorizmi və ifratçılığı dəstəkləməsini pisləyiblər.
Bu aksiya Vyanada BMT baş katibi Ban Ki Mun və Qətər əmirinin iştirakı ilə keçirilən korrupsiya ilə mübarizə mükafatının verilməsi mərasiminin kənarında baş tutub.
Qətər rəsmiləri dəfələrlə İŞİD və Ənnüsrə Cəbhəsi kimi terrorçu qruplaşmaları aşkar formada dəstəkləyiblər.