Dek 22, 2016 20:24 Asia/Baku
  • 40 ildən sonra Afrika səhrasında qar!
    40 ildən sonra Afrika səhrasında qar!

Təqribən 40 ildən sonra qarın yağması Böyük Afrika səhrasının narıncı rəngli qumlarını ağ örtüyə bürüyübdür.

Assoşieyted-Press-in məlumatına görə, bir həvəskar fotoqraf Afrikanın şimal səhrasında, Əlcəzairin Əynulsəfra şəhərində qar yağıntısı ilə bağlı gözəl təsvirlər çəkibdir.

O deyir: Hamı nadir bir fenomen olan bu səhrada qar yağıntısını görərək, heyrətlənibdir.

Qarın yağması ilə bu məntəqənin narıncı rəngli qumlarını ağ örtüyə bürünübdür. Amma bu fenomen çox qısa oldu və qar mənzərəsini görmək təkcə bir gün davam gətirdi və qarlar əridi.

Əynulsəfranın temperaturu yayda müsbət 37 dərəcəyə, qışda isə minimum mənfi 10,2 dərəcəyə çatır.

Sonuncu dəfə bu məntəqədə 1979-cu il fevralın 18-də qar yağmışdı.

Teqlər