2016-da insan alveri artıb
Son rəsmi hesabatlara əsasən, 2016-cı ildə insan alveri, xüsusilə də uşaq və qadınların alveri artmışdır.
Euronews xəbər televiziyasının məlumatına görə, bu il insan qaçaqçılığı artmışdır. Bu qaçaqçılığın əsas qurbanları münaqişə bölgələri, xüsusilə də Suriya və İraqdakı didərginlərdir. İnsan alveri mütəşəkkil cinayətlərlə bağlı gəlirli ticarətdir və EuroPolun (Avropa Birliyi Polisi) bildirdiyinə görə, insan alverçiləri 2016-cı ildə təkcə bu yolla 6 milyard avro qazanmışlar. BMT-nin Narkotik Maddələr və Cinayətlərlə Mübarizə Agentliyi yenilərdə bu barədə bir hesabat yayımlamışdır.
Bu agentliyin direktoru Kristina Kangaspunta deyib: Qadınlar cinsi istismarın əsas qurbanları olmuşlar. İnsan alverçilərinin "əlinə" keçən qadınların 72%-i cinsi istismara məruz qalır. Onların 20%-i də icbari işlərə məcbur edilir.
İraqın iyzədi qadınları İŞİD terror qruplaşmasının bu cinayətinin bariz nümunəsidir.
Bu qadınlardan biri Nadya Murad İŞİD terror qruplaşmasından sağ-salamat xilas olan qadınlardan biridir və hazırda qaınların hüquqları üzrə fəaldır. O deyir: Soyqırımın metodlarından biri iyzədi qadınları, qızları və uşaqları qul etməkdir. 6 mindən çox iyzədi qul edilmişdir. İyzədi qadınlar təkfirçilərin ən dəhşətli xülyalarına xidmət etmək üçün dəyərsiz əşya idilər.
Amma insan alveri Yaxın Şərqin müharibə ilə üzləşən ölkələri, Afrika və Latın Amerikası ilə məhdudlaşmır. Şərqi Avropada və Orta Asiyada 8% və Afrika səhrasının cənub bölgəsində 60%-dən çox uşaq insan alverçilərinin qurbanı olmuşdur.