Amerika və Avropada faşist rəftarı genişlənib
Rəy sorğularının nəticələri göstərir ki, Amerika, İngiltərə və Avropada faşist rəftarları genişlənməkdədir.
IRIB-nin məlumatına görə, İngiltərədə çıxan İndipendent qəzeti yazıb: Yeni rəy sorğularına əsasən, dünya səviyyəsində faşizmin genişlənməsilə bağlı dərin nigaranlıqlar Donald Trampın Amerika prezident seçkilərində qalib gəlməsi, İngiltərənin Avropa Birliyindən çıxması və Avropa qitəsində sağçılıq kabusundan sonra İngiltərənin ümumi fikrinin rəftarında öz əksini tapıbdır.
Donald Trampın Amerika prezident seçkilərində qalib gəlməsi və İngiltərənin Avropa Birliyindən çıxması barədə referendumun keçirilməsinin ardınca Amerikada nifrətlə bağlı cinayətlərin miqdarı artıbdır.
İngiltərənin daxili işlər nazirliyi də son zamanlar ilk dəfə olaraq, bu ölkədə bir sağçı təşkilatı qanunsuz elan və onda üzvlüyü cinayətə bərabət hesab edibdir.
Proqnozlara əsasən, 2017-ci il Fransa, Almaniya və Hollandiya seçkilərində sağçı partiyalar tarixdə hər zamandakından daha çox hakimiyyətə çatmağa səy göstərəcəklər.