Dondurucu şaxta Avropada 20 can aldı
Avropada dondurucu şaxta və soyuq hava 20 nəfərin o cümlədən 10 polşalı evsizin donaraq, ölməsinə yol açıb.
"Frans 24"ün verdiyi məlumata görə, Sant Peterburqda havanın temperaturu mənfi 24 dərəcəyə çatıb. Balkan ölkələrində isə bu rəqəm mənfi 27-yə kimi aşağı düşüb.
Rumınyada yüzlərlə avtomobilin qar və boran nəticəsində yollarda qalması və Polşada temperaturun mənfi 20 dərəcəyə düşməsi ilə xilasedicilər xüsusilə evsizlərin şaxtadan donmasını önləmək üçün ciddi səylərə başlayıblar.
Qar və dondurucu şaxta Yunanıstanın şimalında zeytun və sitrus ağacları bağlarına da ciddi zərər və ziyanlar vurub.
İtaliyanın cənub sakinləri də soyuq hava kütləsinə hazırlıqsız yaxalanıb və bütün nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaşanıb.
Bu məlumata görə, İstanbulda qar yağışı hava limanlarında bütün daxili uçuşların ləğv edilməsinə və minlərlə nəfərin çətinliklərlə üzləşməsinə səbəb olub.