Yan 10, 2017 16:38 Asia/Baku
  • İran və AB rəsmiləri arasında müzakirələr davam edir
    İran və AB rəsmiləri arasında müzakirələr davam edir

İran Xarici İşlər Nazirinin müavinləri Abbas İraqçı və Məcid Təxt Rəvançi bu gün Vyanada Avropa birliyinin xarici siyasət üzrə koordinatorunun müavini Helqa Şmit ilə müzakirələr aparıblar.

İRNA-nın verdiyi məlumata görə, müştərək komisiyasda 5+1 qrupunun heyətinə Helqa Şmit İran heyətinə isə Abbas İraqçı başçılıq edirlər. 

Adətən bu kimi iclaslar müştərək komisiyanın iclası üçün müzakirə ediləcək mövzular üzrə koordinasiya xarakteri daşıyır. 

Vyanada keçirilən 5+1 qrupu ilə İran arasında müştərək komisiyanın 6-cı islası  İranın XİN başçısı Məhəmməd Cavad Zərifin çağırışı ilə Amerikanın öz öhdəliklərini pozması və İrana qarşı sanksiyalar qanununu qəbul etməsini araşdırmaq üçün keçirilir. 

Dünən Vyanada İran və Amerika heyətlərinin iştirakı ilə sanksiiyaların ləğvinin icra edilməsi üzrə işçi qrupun iclası keçirilib. 

İranın işçi qrupu dünən ayrı-ayrılıqda Çin , Rusiya və ABŞ heyətləri ilə də görüşüb. 

İİR xarici işlər nazirinin müavini Seyid Abbas İraqçının dediyinə görə, İran İslam Respublikası Yekun Meştərək Təşəbbüs Proqramı çərçivəsində öhdəliklərin yerinə yetirilməməsinə dözməyəcək və uyğun reaksiya göstərəcək. 

Teqlər