Yan 11, 2017 17:53 Asia/Baku
  • Georgi Margvelaşvili
    Georgi Margvelaşvili

Gürcüstan prezidenti Abxaxiyada Tsabal kəndinin tarixi kilsəsinin Rusiya hərbçiləri tərəfindən dağıdılmasına etiraz edib.

APA-nın verdiyi məlumata görə, Georgi Margvelaşvili dünən Abxaziyanın Tsabal kəndindinin kilsəsinin dağıdılmasına münasibət bildirərkən deyib: Rusiya hərbçilərinin bu hərəkəti qeyri-qanunidir və beynəlxalq hüquqa o sıradan da 1954-cü il Haaqa konvensiyasına daban-dabana ziddir . 

Gürcüstan prezidenti Abxaziyanın Tsabal kəndində kilsənin dağıdılmasını müqəddəs məkanlara hörmətsizlik hesab edərək deyib: Beynəlxalq ictimaiyyət, UNESCO və digər beynəlxalq qurumlar Rusiya hərbçilərinin qeyri-qanuni hərəkətlərinə reaksiya verməlidir. 

Qeyd edək ki, Rusiyanın hərbi qüvvələri hərbi düşərgə yaratmaq üçün 19-cu əsrin əvvəllərinə aid olan "Polşa Məqbərəsi"-ni dağıdıblar. 

Abxaziya Qara dənizin sahillərində kiçik bir ərazidir. Rusiya Gürcüstandan ayrılan bu ərazidən əlavə Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsinə də dəstək verir. 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən müharibədən sonra Rusiya sözü gedən iki bölgənin müstəqilliyini rəsmən tanıdı. 

 

 

Teqlər