Avropada şaxtalı hava miqrantları çətin vəziyyətdə qoyub
Bir neçə gündür davam edən Avropada şaxtalı havalar miqrantların durumunu çətinləşdirib.
Ukrayna, Polşa və Serbiya misli görünməmiş soyuqların şahididir. Bəzi yerlərdə temprator mənfi 32 dərəcəyə düşüb.
Frans 24 telekanalının verdiyi məlumata görə, şaxta havalar küçələrdə yatan səfillərin həyatını ciddi təhlükəyə salıb. Belqradda daha çox Əfqanıstan vətəndaşı olan miqrantlar Avropa Birliyinə daxil olmaq üçün sərhədlərin arxasında çətin duruma düşüblər.
Sərhədsiz həkimlər təşkilatının üzvlərindən biri deyir: Miqrantların çoxu dəri xəstəliklərindən əziyyət çəkir, təmiz su və sabunun əldə olmaması səhiyyə məsələsini ciddi problemlə üzləşdirib. Digər tərəfdən şaxtalı hava ağ ciyər xəstəliklərinə gətirib çıxarıb. İnsan haqları fəallarının səyləri nəticəsində hələlik soyuq havalar Belqraddakı miqrantlardan can ala bilməyib amma digər bölgələrdə soyuq nəticəsində miqrantlardan ölənlər var.