Fev 13, 2017 19:48 Asia/Baku
  • Hindistanın nəzarəti altında olan Kəşmirdə ümumi tətil aksiyası
    Hindistanın nəzarəti altında olan Kəşmirdə ümumi tətil aksiyası

Hindistanın nəzarəti altında olan Kəşmirdə ümumi tətil aksiyasının ardınca bütün idarələr, ticarət mərkəzləri, təhsil müəssisələri və bazarlar fəaliyyətlərini dayandırıblar.

İRİB-nin verdiyi məlumata görə, Hindistanın nəzarəti altında olan Kəşmirdə ümumi tətilin elan edilməsi minlərlə insanın gündəlik həyatını təsir altına alıb.

Hindistan polisi və təhlükəsizlik qüvvələri isə xalqın etiraz aksiyasında iştirakını önləmək üçün tam hazır vəziyyətə gətirilib.

Hindistanın nəzarəti altında olan Kəşmirdə ümumi tətil aksiyası 4 kəşmirli mübarizin öldürülməsinin ardınca Seyid Əli Gilani, Mir Vaiz  Ömər Faruq və Məhəmməd Yasin Məliyin istəyi əsasında keçirilib.

4 kəşmirli mübariz dünən Kulgam məntəqəsində təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib.

Bu hadisə zamanı 2 hindistan polisi də qətlə yetirilib.

Hindistanın nəzarəti altında olan Kəşmirdə vəziyyət 2016-cı ilin iyul ayında Mücahidlər Partiyasının rəhbəri Bürhan Müzəffər Vaninin Hindistan polisi tərəfindən qətlə yetirilməsinin ardınca böhranlıdır.

Bu müddət ərzində Hindistan polisi ilə Kəşmir əhalisi arasında çıxan toqquşmalarda yüzdən çox adam həlak olub, minlərlə nəfər də yaralanıb.

Teqlər