Fev 14, 2017 11:58 Asia/Baku
  • Hindistan polisi Kəşmirdə aksiya iştirakçılarına hücum edib
    Hindistan polisi Kəşmirdə aksiya iştirakçılarına hücum edib

Hindistan polisi və təhlükəsizlik qüvvələri bu gün səhər bu ölkənin nəzarəti altında olan müsəlman sakinli Kəşmirdə narazı xalq kütləsinə doğru atəş açaraq, onlara hücum ediblər.

Çin Xəbər Agentliyinin verdiyi məlumata görə, bu hücum Hindistan hərbçiləri ilə aksiya iştirakçıları arasında toqquşmaya səbəb olub. Hadisə Kəşmirin mərkəzi olan Seringerin 32 kilometrliyində yerləşən Bandipora məntəqəsindəki Hajin kəndində baş verib. 

Hələ ki, bu hadisənin insan tələfatı barədə dəqiq məlumat verilmir. 

Başqa bir məlumata görə, ötən gün Hindistanın nəzarəti altında olan Kəşmirdə 3 Pakistan hərbçisi qətlə yetirilib. Bu hərbçilər Kəşmiri Hİndistan və Pakistan arasında bölüşdürən Bhimber məntəqəsində öldürülüblər. 

Kəşmirin Mücahidlər Partiyasının rəhbəri Bürhan Vaninin 2016-cı ilin 8 iyulunda Hindistan polisi tərəfindən qətlə yetirilməsinin ardınca Hindistanın nəzarəti altında olan Kəşmirdə vəziyyət gərgin olaraq qalmaqdadır. 

O zamandan bəri Hindistan ordusu və Kəşmirin müsəlman əhalisi arasında cərəyan edən toqquşmalarda 130 nəfər həyatını itirib, minlərlə nəfər də yaralanıb və həbs edilib. 

Teqlər