Fev 14, 2017 19:40 Asia/Baku
  • Hindistan hərbçiləri atəş açdı,2 kəşmirli həyatını itirdi
    Hindistan hərbçiləri atəş açdı,2 kəşmirli həyatını itirdi

Hindistan hərbçilərinin bu ölkənin nəzarəti altında olan Kəşmirdə insanlara tərəf atəş açması 2 nəfərin həyatını itirməsinə səbəb olub.

İRİB-nin verdiyi məlumata görə, çərşənbə axşamı Hindistan hərbçilərinin Kəşmirin Bandipora məntəqəsində narazı xalq kütləsinə hücum etməsi 2 nəfərin ölməsi ilə yanaşı, onlarla nəfərin də yaralanmasına səbəb olub.

Hindistanın nəzarəti altında olan Kəşmirin müsəlman əhalisi Hindistan dövlətinin və baş nazir Narendra Mudinin zorakılığa əsaslanan siyasətlərinə etiraz edirlər.

Hindistanın nəzarəti altında olan Kəşmirdə vəziyyət ötən ilin 8 iyulunda Mücahidlər partiyasının rəhbəri Bürhan Müzəffər Vaninin qətlə yetirilməsinin ardınca gərginləşib. O zamandan bəri Kəşmirdə yüzdən artıq insan təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib. Yaralı sayı isə minlərlədir.

Teqlər