Fev 17, 2017 11:45 Asia/Baku
  • NATO Rusiya ilə silah yarışmasını rədd edib
    NATO Rusiya ilə silah yarışmasını rədd edib

Şimali Atlantika Müqaviləsi Təşkilatı NATO-nun baş katibi bildirib ki, bu təşkilat heçvaxt Rusiya ilə silah yarışmasını düşnüməyib.

İtartasın verdiyi məlumata görə, NATO-nun baş katibi Jens Stoltenberg Brüsseldə keçirilən  alyansa üzv ölkələrin müdafiə nazirlərinin iclasında etdiyi çıxışında deyib: NATO Rusiya ilə silah rəqabətləri aparmaq niyyətində deyil və bu ölkə ilə qarşılaşmaq istəmir. 

NATO-nun baş katibi alyansın məqsədinin böhranın qarşısını almaq olduğunu iddia edərək deyib: NATO qüvvələrinin Avropanın şərqində yerləşdirilməsi müdafiə məqsədləri ilə həyata keçirilir və onun limiti də tam bəllidir. 

Jens Stoltenberg NATO-nun Qara dənizdə öz fəaliyyətini genişləndirmək planına toxunaraq deyib: Bundan məqsəd NATO-nun ehtimal olunan təhdidlərə qarşı hazırlığını gücləndirməkdən ibarətdir.

NATO-nun baş katibi özv ölkələrin bu hərbi alyansın Qara dənizdəki fəaliyyətinin artırılması ilə razılaşdıqlarını bildirərk deyib: Bu fəaliyyət Montreux konvensiyası çərçivəsində həyata keçirilir.  

Teqlər