Fev 19, 2017 11:13 Asia/Baku
  • Fransa Avropada bölünmə haqda xəbərdarlıq etdi

Fransa xarici işlər naziri Amerikanın Avropada bölünmə üçün çalışması haqda xəbərdarlıq edib.

İRİB-in məlumatına görə, Fransa xarici işlər naziri Jan Mark Ayrault De Manş Jurnal qəzeti ilə müsahibədə deyib: Avropalılar arasında boşluq yaratmaq üzrə Amerikanın istənilən səyi məğlubiyyətə məhkumdur. Çünki Amerika Avropa Birliyi üzvlərinin mənafeyinə zərbə vurmaq potensialına malik deyil. 

Jan Mark Ayrault bildirib: Avropada birlik Trampın hücumları və funksiyası ilə güclənməkdədir. 

Fransa xarici işlər naziri həmçinin deyib: Paris istər Amerika, istərsə də Rusiya tərəfindən Fransa prezident seçkilərində istənilən xarici müdaxiləni qəbul etmir. 

Fransa prezident seçkiləri aprel-may aylarında keçiriləcək. 

Teqlər