Dağıstanda İŞİD ilə əlaqədə olan bir nəfər öldürülüb
Rusiyanın təhlükəsizlik qüvvələri Dağıstanda İŞİD ilə əlaqədə olan bir nəfəri öldürüblər.
IRNA-nın məlumatına görə, Rusiya Milli Anti-Terror Mərkəzi dünən bildirib ki, bu ölkənin təhlükəsizlik qüvvələri Dağıstanın Dərbənd şəhərində İŞİD ilə bağlı olan bir nəfəri təslim olmaqdan çəkindikdən və təhlükəsizlik məmurlarına atəş açdıqdan sonra öldürüblər.
Rusiyanın təhlükəsizlik qüvvələri həmçinin Dərbənd şəhərindəki bir evdə İŞİD ilə bağlı üç terrorçunu həbs ediblər.
Son illər Moskvada və Rusiyanın digər şəhərlərində İŞİD-ə üzv və ya bu qrupla əlaqədə olan onlarla terrorçu həbs olunubdur.
Rusiya terrorçularla mübarizə sahəsində Suriya dövlətilə həmkarlıq edir.
Suriyada böhran 2011-ci ildə terror qruplarının geniş hücumları ilə başlanıbdır.
Ərəbistan, ABŞ və onun müttəfiqləri, o sıradan Türkiyə tərəfindən dəstəklənən bu terror qruplarının hücumlarında məqsəd, Suriyanın prezidenti Bəşşar Əsədin qanuni dövlətini devirmək olubdur.