Mart 17, 2017 11:55 Asia/Baku
  • Avropa Ruhinqa müsəlmanları barədə beynəlxalq təhqiqatın aparılmasını istəyib
    Avropa Ruhinqa müsəlmanları barədə beynəlxalq təhqiqatın aparılmasını istəyib

Avropa İttifaqı Myanmada Ruhinqa müsəlman azlığına qarşı işgəncə, təcavüz və edam barədə BMT tərəfindən təhqiqatın başladılmasını istəyib.

Röyters-in məlumatına görə, Avropa İttifaqının Myanmada beynəlxalq təhqiqatın başladılması barədə BMT-nin İnsan Haqları Şurasına təqdim etdiyi qətnamə layihəsi öncə irəli sürülmüş oxşar mətndən daha kəskin ifadələrə malikdir.

Myanmadakı zülmlərdən xilas olmuş şəxslərin Banqladeşdə verdikləri şəhadətə əsasən verilmiş BMT hesabatı ondan xəbər verir ki, Myanma ordusu və polisinin Ruhinqa müsəlmanlarına qarşı cinayətləri irqi təmizləmə və bəşəriyyətə qarşı cinayətlər səviyyəsindədir.

BMT-nin İnsan Haqları Şurası təqdim olunmuş qətnamə layihəsinə martın 23-ü və 24-də baxacaq.

Myanmanın şimal-qərbində yerləşən Raxin əyaləti çoxlu sayda Ruhinqa müsəlmanının yaşadığı məkandır. Bu əyalət 2012-ci ildən müsəlmanlara qarşı buddist ekstremistlərin zorakılıqları səhənəsidir.

Bu kobudluqlar zamanı yüzlərlə nəfər ölüb və on minlərlə nəfər canının qorxusundan evini tərk edərək, çətin şəraitlə Tailand, Malayziya və İndoneziya düşərgələrinə sığınıbdır. Təqribən 75 min nəfər də Banqladeşə qaçıbdır.

BMT-nin bildirişinə görə, Ruhinqa müsəlmanları dünyada ən məzlum azlıqdır və Myanmada ifratçı buddistlərin zorakılıqları və işgəncələrinə məruz qalır. Bir milyondan çox Ruhinqa müsəlmanı Raxində yaşayır. Amma Myanma dövləti onlara vətəndaş hüququ verməkdən çəkinir.

Teqlər