Avropa Parlamentində Türkiyənin "Daily Sabah" qəzetinin yayılması dayandırılıb
https://azeri.sahartv.ir/news/dünya-i263364-avropa_parlamentində_türkiyənin_daily_sabah_qəzetinin_yayılması_dayandırılıb
Avropa Parlamenti Türkiyədə çıxan "Daily Sabah" qəzetinin bu parlamentin Brüsseldəki qərargahında yayılmasını dayandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 23, 2017 14:41 Asia/Baku
  • Avropa Parlamentində Türkiyənin
    Avropa Parlamentində Türkiyənin "Daily Sabah" qəzetinin yayılması dayandırılıb

Avropa Parlamenti Türkiyədə çıxan "Daily Sabah" qəzetinin bu parlamentin Brüsseldəki qərargahında yayılmasını dayandırıb.

Anadolu xəbər agentliyinin məlumatına görə, Avropa Parlamentinin bir hollandiyalı nümayəndəsinin xahişinin ardınca bu parlamentin yeni sədri Antonio Tayani ingilis dilli "Daily Sabah" qəzetinin bu parlamentin Brüsseldəki qərargahında yayılmasını dayandırıb.

Tükvaz media qrupunun tabeliyində olan bu qəzet yalnız çərşənbə axşamı günlərində Avropa Parlamentində yayılırdı, amma son zamanlar bu parlamentin bir hollandiyalı nümayəndəsi parlamenti sədrinə məktub göndərərək, həmin qəzetin yayılmasının qadağan edilməsini istəyərək, iddia edibdir ki, bu qəzet Hollandiyada yerləşən Fəthullah Gülən qrupunun ünsürləri barədə mətləblər dərc edərək, nifrət atmosferini şiddətləndirir.