Avropa Komissiyası Türkiyə nümayəndəsini çağırtdırıb
https://azeri.sahartv.ir/news/dünya-i263374-avropa_komissiyası_türkiyə_nümayəndəsini_çağırtdırıb
Avropa Komissiyası Türkiyənin Avropa Birliyindəki nümayəndəsini bu ölkə prezidentinin sözləri barədə izahat vermək üçün çağırtdırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 24, 2017 04:18 Asia/Baku
  • Avropa Komissiyası Türkiyə nümayəndəsini çağırtdırıb
    Avropa Komissiyası Türkiyə nümayəndəsini çağırtdırıb

Avropa Komissiyası Türkiyənin Avropa Birliyindəki nümayəndəsini bu ölkə prezidentinin sözləri barədə izahat vermək üçün çağırtdırıb.

Bu xəbər barədə artıq təfərrüat hələ yayılmayıb.

Ərdoğan dünən bildirib ki, Avropa dövlətləri demokratiyaya və insan haqlarına hörmət etməlidirlər. O, deyib: Əgər Avropa özünün bu rəftarını davam etdirərsə, vətəndaşları daha təhlükəsizlikdə olmayacaqlar.

Ankara son həftələrdə də Almaniya və Hollandiya kimi avropalı ölkələrlə gərginliyin şahidi olub. Bu məsələ həmin ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının bu ölkənin əsas qanun dəyişikliyi üzrə referendum üçün "bəli" səsinin toplanması ilə bağlı olub.