İtaliyada Avropa Birliyi əleyhinə aksiya
İtaliya paytaxtı Roma şəhərində minlərlə nəfər Roma Sazişinin imzalanmasının 60 illiyi ilə yanaşı Avropa Birliyinin siyasətləri əleyhinə aksiya keçirib.
Ekspress xəbər saytının məlumatına görə, İtaliyanın müxtəlif şəhərlərinin sakinləri paytaxt Romaya səfər edərək bu aksiyada iştirak edib və şüarlar səsləndirərək Avropa Birliyinin siyasətlərini pisləyib və onun İtaliyanın mənafeyi ilə ziddiyyətdə olduğunu bildirblər.
İtaliyalı etirazçılar yazılı plakatlar daşıyıblar. "Avropa Birliyinə ölüm" şüarı isə diqqəti cəlb edib.
İtaliya vətəndaşları Avropa bankçılarının siyasətləri və pulun insan dəyərlərindən üstün olmasına qaşrıdırlar.
Bu arada 27 Avropa ölkəsinin lideri Avropa Birliyinin təsis olunması sazişinin imzalanmasından 60 il sonra rəsmi bəyanatda sazişi yeniləyiblər.
Avropa Birliyinə üzv 27 ölkənin prezident və baş naziri hamının əl çaldığı tədbirdə "Roma Bəyanatı"nı imzalayıblar.
Avropa Komissiyasının sədri Jan Klod Yunker deyib: Roma Sazişinin təsdiqlənməsinin 60 illiyi kimi şənlik mərasimi İngiltərəsiz narahatedici andır.
Yunker bildirib: İngiltərənin Avropa Birliyindən çıxması Romada bu birliyin digər 27 üzvünün iclası üçün tragediyadır.