Mart 27, 2017 10:11 Asia/Baku
  • Ərdoğandan Avropaya sərt açıqlama
    Ərdoğandan Avropaya sərt açıqlama

Türkiyə prezidenti Avropa ölkələri və rəsmilərinə qarşı kəskin çıxışında ölkəsinin Avropa Birliyinə üzv qəbul edilməməsinin səbəbini Türkiyənin bir müsəlman ölkəsi olması adlandırıb.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bazar günü referenduma dəstək kampaniyası çərçivəsində xalq qarşısında etdiyi çıxışında deyib: Türkiyəyə dediklərinin əksinə olaraq, Avropa Birliyinin üzvləri sədaqətli deillər və xaç birliyi ardıncadırlar. 

Ərdoğan şənbə günü də Türkiyənin 54 ildir ki, Avropa Birliyinə üzvlük intizarında olduğunu xatırlatmış və bunun qəbuledilməz olduğunu demişdi. 

Türkiyə prezidenti Avropa ölkələrinə xitabən deyib: "Bütün beynəlxalq qanunlar terrorçuların silahla təmin edilməsini qadağan etdiyi bir halda, necə olur ki, terrorçulara sizdən silah almaq icazəsi verilir?"

Ərdoğan daha sonra İsveçdə Türkiyə əleyhinə mitinqin təşkil edilməsinə və bu ölkə parlamentinin bu məsələni sükut ilə qarşılamasına da işarə edib və deyib: Biz də lazım olan tədbirləri görəcəyik. 

O, avropalılara xitabən deyib: Türkiyə əleyinə yürüşün uğursuz alınması və Avropada yaşayan türklərə sərbəst toplaşmaq icazəsinin verilmməsinin ardınca bizim vətəndaşlarımıza hücum etdiniz. Və bu gün avropada tutduğu vəzifədən asılı olmayaraq hər bir şəxs Türkiyədə konstitusiya dəyişikliyinə "yox" deməyə dəvət ardıncadır. 

Türkiyə prezidenti İstanbulda etdiyi bir başqa çıxışında isə referendumun istənilən nəticəni verəcəyinə hansısa zəmanətin olmadığını deyərək, bütün səylər və diqqətlərin 2023-cü ilə və Türkiyə Cümhuriyyətinin təsis edilməsinin 100 illiyinə həsr olunmuş hədəf və məqsədlərə nail olmağa yönəldiyini vurğulayıb. 

Türkiyədə konstitusiyanın 18 bəndinə düzəlişin edilməsi və ölkənin siyasi üsul idarəsinin parlament sistemindən prezidentlik sisteminə dəyişdirilməsi üzrə referendum 16 aprel tarixində keçirilməlidir. 

Avropa ölkələri bu referendumda məqsədin prezidentin səlahiyyətlərinin artırılması olduğunu deyirlər. 

Teqlər