ABŞ atom bombasına ehtiyacdan danışdı
https://azeri.sahartv.ir/news/dünya-i263826-abŞ_atom_bombasına_ehtiyacdan_danışdı
ABŞ-ın BMT-dəki nümayəndəsi ölkəsinin və müttəfiq ölkələrin nüvə silahlarına ehtiyacından söz açıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 28, 2017 11:25 Asia/Baku
  • ABŞ atom bombasına ehtiyacdan danışdı

ABŞ-ın BMT-dəki nümayəndəsi ölkəsinin və müttəfiq ölkələrin nüvə silahlarına ehtiyacından söz açıb.

İRİB-nin verdiyi məlumata görə, ABŞ-ın BMT-dəki nümayəndəsi Niki Hili deyib: Dünyanın hazırkı vəziyyətini və ABŞ-ın üzləşdiyi durumu nəzərə alaraq, Amerikanın nüvə silahlarına ehtiyaclı olmadığını söyləmək olmaz.

Hili daha sonra deyib: Fransa, İngiltərə və Amerika bazar ertəsi günündən etibarən BMT-də başlanan nüvə silahlarının qadağan edilməsi müqaviləsi üzrə müzakirələrə qatılmayan 40 ölkədəndirlər.

Niki Hili əlavə edib: Bu müzakirələrdə iştirakdan imtina etmələrinə baxmayaraq, bu ölkələr nüvə silahlarının yayılmasını qadağan edən NPT protokoluna sadiqdirlər. 1970-ci ildə qəbul edilən bu protokol nüvə silahlarının genişlənməsini önləməkdir.

BMT-nin Baş Assambleyası ötən ilin dekabrında 113 lehinə, 35 əleyhinə və 13 bitərəf səs ilə nüvə silahlarının qadağan edilməsini zəruri edən bir qətnamə barədə danışıqların başlanması haqda qərar qəbul etmiş oldu.