Ərdoğan: Avropa müstəbidlik, zorakılıq və nasizm diyarıdır
https://azeri.sahartv.ir/news/dünya-i264852-Ərdoğan_avropa_müstəbidlik_zorakılıq_və_nasizm_diyarıdır
Türkiyə prezidenti Avropanı müstəbidlik diyarı adlandırıb və bu qitənin dağılmaqda olduğunu iddia edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 07, 2017 09:06 Asia/Baku
  • Ərdoğan: Avropa müstəbidlik, zorakılıq və nasizm diyarıdır
    Ərdoğan: Avropa müstəbidlik, zorakılıq və nasizm diyarıdır

Türkiyə prezidenti Avropanı müstəbidlik diyarı adlandırıb və bu qitənin dağılmaqda olduğunu iddia edib.

İRNA-nın məlumatına görə, Türkiyə yenilərdə Avropa ölkələri, xüsusilə də Hollandiya və Almaniya ilə bu ölkələrdə türklərin seçki toplantılarının keçirilməsi və həmin toplantılarda türk nazirlərin iştirakının qarşısının alınmasına etiraz olaraq yeni münaqişəyə girib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı günü seçki kampaniyasında deyib: Radikal partiyalar Avropa dövlətlərini oyuncağa çeviriblər və Avropanın artıq söz demək haqqı yoxdur.

Bəzi Avropa rəsmiləri ötən həftələrdə Ərdoğanı diktator adlandırıblar.

Ərdoğan da ötən həftələrdə öz tərəfdarları ilə toplantılarında Avropa dövlətləri, xüsusilə də Almaniyanı nasistlərin metoduna bənzədib.

Türkiyədə parlament idarəçiliyinin prezident üsul idarəsinə keçidi üzrə konstitusiyanın 18 maddəsinə dəyişikliklə əlaqədar referendum 16 apreldə keçiriləcək.

Avropalıların qənaətincə, Ərdoğan Türkiyəni diktaturaya doğru yönəldir.