May 03, 2017 17:11 Asia/Baku
  • Rusiya nüvə anlaşmasının beynəlxalq əhəmiyyətinə təkid etdi
    Rusiya nüvə anlaşmasının beynəlxalq əhəmiyyətinə təkid etdi

Rusiya Xarici İşlər Nazirliyinin Silahlanmaya Nəzarət və Silahlanmanın Qadağan Edilməsi" Baş İdarəsinin müdiri İran və 5+1 qrupu arasındakı nüvə anlaşmasını tərəflər arasında ədalətli bir anlaşma adlandırıb və bu anlaşmanın NPT protokoluna əsaslandığını bildirib.

İRNA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin Silahlanmaya Nəzarət və Silahlanmanın Qadağan Edilməsi" Baş İdarəsinin müdiri Mixail Ulyanov Vyanada NPT protokolunun səmərəliliyinin araşdırılması konfransının təşkilatçı komitəsinin iclasında nüvə anlaşmasının beynəlxalq əhəmiyyətinə təkid edib və deyib: İran və 5+1 qrupu arasındakı anlaşma bütün tərəflər üçün ədalətli bir anlaşma olaraq, NPT protokoluna əsaslanır.

Mixail Ulyanov əlavə edib: Nüvə Silahlarının Qadağan Edilməsi Paktı(NPT) ötən 50 ildə dünya təhlükəsizliyi üçün əsas dayaq nöqtəsi sayılıb və hələ də beynəlxalq tələblərə cavab verir. Və nüvə anlaşması buna aydın nümunədir.

Bu Rusiya rəsmisi nüvə anlaşmasını düşünülmüş və həssas bir anlaşma adlandırıb və bütün tərəflərin onu icra etməli olduğuna təkid edib.

Nüvə Silahlarının Yayılmasını Qadağan Edən Paktın Araşdırılması Konfransının Təşkilatçı Komitəsinin iclası çərşənbə axşamı Vyanada işə başlayıb.

Teqlər