İyun 24, 2017 20:09 Asia/Baku
  • Britaniya İran və Avropa arasında iqtisadi əlaqələrin genişlənməsinə ümidvardır
    Britaniya İran və Avropa arasında iqtisadi əlaqələrin genişlənməsinə ümidvardır

Britaniyanın Tehrandakı səfiri İran və Avropa arasında iqtisadi əlaqələrin genişlənməsinə ümidvar oldğunu bildirib və deyib: İranın müxtəlif potensiallarının tanıtdırılması üzrə daha artıq səy göstərilməlidir.

İRNA-nın məlumatına görə, Nikolas Hopton şənbə günü İranın Gülüstan ostanı Qorqan şəhərinin ticarət palatası rəsmiləri ilə görüşdə deyib: Avropalı investorların İranın potensialları ilə daha yaxından tanış olmaları lazımdır. 

Britaniya səfiri ticarət palatalarının iqtisadi əlaqələrin inkişafına mühüm rola malik olduqlarını deyərək, İran və Britaniya ticarət palataları heyətlərinin  yaxın gələcəkdə bir-biriləri ilə görüşməsini arzu edib. 

Teqlər