Çin qüvvələri Hindistan ərazisinə keçiblər
https://azeri.sahartv.ir/news/dünya-i274488-Çin_qüvvələri_hindistan_ərazisinə_keçiblər
Hindistandakı hökumət mənbələri çinli hərbçilərin bu ölkənin ərazisinə keçmələrindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 28, 2017 06:15 Asia/Baku
  • Çin qüvvələri Hindistan ərazisinə keçiblər

Hindistandakı hökumət mənbələri çinli hərbçilərin bu ölkənin ərazisinə keçmələrindən xəbər veriblər.

Hindistandakı hökumət mənbələri dünən axşam bildiriblər ki, Çin ordusunun qüvvələri “Dukala” məntəqəsinə daxil olaraq, Hindistan ordusuna məxsus iki səngəri məhv ediblər.

Bu məlumata görə, çinli hərbçilərin Hindistan ərazisinə keçmələrilə hind hərbçiləri onlarla toqquşublar.

Bu toqquşmada tələfatın baş verib-verməməsi barədə məlumat daxil olmayıbdır.

Digər tərəfdən, Çin də hind qüvvələrini öz sərhədlərinə keçməkdə suçlayıb və onların tez bir zamanda Hindistan sərhədlərinin içərilərinə geri dönmələrini istəyibdir.