ABŞ və Misirin Doha əleyhinə ittihamları
ABŞ dövlət katibi və Misir xarici işlər naziri Qətəri terrorizmi himayə etmək, qonşu ölkələrin işlərinə müdaxilə və İran ilə yaxın əlaqələrə malik olmaqda ittiham edirlər.
Çin xəbər agentliyinin verdiyi məlumata görə, Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeyd bildirib: Misirin xarici işlər naziri Samih Şükrü və ABŞ dövlət katibi Reks Tillerson bir telefon danışığında Ərəbistan və müttəfiqləri ilə Qətər arasında yaranmış son böhran barəsində fikir mübadiləsi aparıblar.
Şükrü və Tillerson bu telefon danışığında regional proseslərlə bağlı ABŞ və Misir arasında danışıqların davam etməsinə və iki ölkə arsında əlaqələrin bütün sahələr üzrə inkişaf etdirilməsinə də təkid ediblər.
Ərəbistan və müttəfiqləri(Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri) 5 iyun tarixində ayrı-ayrılıqda bəyanatlar yayaraq, Qətər ilə diplomatik əlaqələrini kəsdiklərini elan etdilər. Bu 4 ölkə Qətəri "Ərəb Cərəyanı" ilə eyni istiqamətdə hərəkət etməməkdə ittiham edirlər.
Ərəbistan, Misir, BƏƏ və Bəhreyn həmçinin, 23 iyun tarixində Qətər qarşısında 13 tələb qoyaraq, bu ölkə ilə əlaqələrin normallaşdırılmasının Dohanın bu tələblərə əməl etməsindən asılı olduğunu elan etdilər.
Qətər əmiri Şeyx Məhəmməd Bin Əbdürrəhman Ali Sani isə şənbə günü axşam Ərəbistan və müttəfiqlərinn Doha qarşısında qoyduqları tələblərin Qətərin milli hakimiyyət haqqına zidd olduğunu bildirərək, onunla müxalifət etdi.