Pakistanda anti-ABŞ aksiya
https://azeri.sahartv.ir/news/dünya-i275812-pakistanda_anti_abŞ_aksiya
Pakistanın Sind vilayətinin Karaçi şəhəri Amerika və sionist rejimə qarşı geniş etiraz aksiyalarının şahidi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 10, 2017 10:05 Asia/Baku
  • Pakistanda anti-ABŞ aksiya
    Pakistanda anti-ABŞ aksiya

Pakistanın Sind vilayətinin Karaçi şəhəri Amerika və sionist rejimə qarşı geniş etiraz aksiyalarının şahidi olub.

SəhərOrdu telekanalının verdiyi məlumata görə, Pakistanda minlərlə əhali dünən Amerikaya ölüm, İsrailə ölüm şüarları verərək Amerika və sionist rejimin bayraqlarını yandırıblar. 

Aksiyaçılar Amerikanın sionist rejimin məzlum fələstin xalqına qarşı cinayətlərinə dəstək verdiyini pisləyərək BMT və İƏT başda olmaqla beynəlxalq təşkilatlardan sionistlərin Fələstinin işğal edilmiş ərazilrəinə qarşı cinayətlərini durdurmalarını istəyiblər. 

Aksiya iştirakçıları Amerika və sionist rejimin ekspansionist və təcavüzkar siyasətlərinə öz nifrət və qəzəblərini nümayiş etdirərək bildiriblər: Vaşinqton və Təl-Əviv insan haqlarını pozan ən əsas tərəflərdir, onlar insan haqları və insanın canına heç bir dəyər vermirlər. 

Nümayişçilər BMT, onun Təhlükəsizlik Şurasını Amerika və sionist rejimin müsəlmanlara qarşı hücumlarına susmaqda ittiham edib.