İyul 17, 2017 21:03 Asia/Baku
  • Avropa Birliyi İtaliyaya xəbərdarlıq etdi
    Avropa Birliyi İtaliyaya xəbərdarlıq etdi

Avropa Birliyi bir hesabatda 2017-ci ildə məşğulluq haqda İtaliyaya xəbərdarlıq edib: Avropa Birliyinə üzv ölkələr arasında İtaliya ən çox işsiz gəncə malikdir. Bu işsiz gənc kütləsinə "net" deyilir.

Bu hesabatda bildirilib: 15-24 yaşları arasında 19,9% italiyalı gənc nə işləyir, nə də təhsil alır. Halbuki Avropa Birliyinə üzv digər ölkələrdə belə şəxslərin orta hesabla sayı 11,5%-dir.

Avropa Birliyi həmçinin İtaliyada yoxsulluqla əlaqədar xəbərdarlıq edib: 11,9% İtaliya vətəndaşı ağır yoxsulluq içərisindədir. Bu ölkədə bu sayda yoxsul 2015-2016-cı illər arasında artmışdır.

Bu barədə Avropa Birliyi öz hesabatında bildirib: Avropa Birliyində yoxsulluq haqda bu göstərici sadəcə Estoniya və Rumıiyaya aiddir.

Qeyd edək ki, "net" İtaliyada nə işləyən, nə də təhsil alan gənclərə deyilir.

Teqlər