İyul 22, 2017 17:44 Asia/Baku
  • Avropaya miqrant axını artıb
    Avropaya miqrant axını artıb

Beynəlxalq Miqrasiya Təşkilatı bildirib: Ötən ilin analoji dövrü ilə müqayisədə 2017-ci ilin əvvəlindən indiyə qədər Avropaya gələn miqrantların sayı artıb.

Sin-Xoa İnformasiya Agentliyinin məlumatına görə, Beynəlxalq Miqrasiya Təşkilatı əlavə edib: 2017-ci ilin əvvəlindən 19 iyula qədər 111 min 514 min miqrant dəniz vasitəsi ilə Avropaya daxil olub. 

Beynəlxalq Miqrasiya Təşkilatı rəsmilərinin bildirdiyinə görə, miqrantların təxminən 85%-i İtaliyaya, qalanı isə Yunanıstan, Kipr və İspaniyaya daxil olub. 

Təşkilat həmçinin əlavə edib: 2017-ci ildə 7514 miqrant dəniz vasitəsi ilə İspaniyaya daxil olub. 

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu il Aralıq dənizində həlak olan miqrantların sayı 2360 nəfərə çatıb. 

Avropa 2015-ci ildən yüz minlərlə miqrantın axını və onların yerləşdirilməsi böhranı ilə üzləşib. Miqrantların Avropaya üz tutmasının səbəbi isə qərb ölkələri, xüsusilə də ABŞ-ın yanlış siyasətlərinin nəticəsidir. 

Teqlər