İyul 23, 2017 08:42 Asia/Baku
  • AB Amerikaya xəbərdarlıq etdi
    AB Amerikaya xəbərdarlıq etdi

Avropa Birliyi Amerikaya Rusiyaya qarşı sanksiyaların mənfi nəticələri barədə xəbərdarlıq edərək Vaşinqtonun 7-lər qrupu ilə koordinasiya etməsini istəyib.

İRNA-nın verdiyi məlumata görə, ABŞ konqresinin Rusiyaya qarşı sanksiyaları qısa zamanda qəbul etmək qərarından sonra Avropa Komissiyası dünən bir bəyanat yayaraq bu sanksiyaların 7-lər qrupunun bütövlüyünə və Avropa Birliyinin iqtisadi mənafeyi və enerji təhlükəsizliyinə mənfi nəticələrindən nigaran qaldığını bildirib. 

Avropa Komissiyası Rusiyaya qarşı sanksiyaların geniş təsiri, eləcə də AB-nin çeşidli enerji mənbələrindən istifadə səylərinə etinasızlığına dair xəbərdarlıq edib. 

Bu bəyanatda həmçinin İqtisadi ortaqlar arasında koordinasiyanın vacibliyi vurğulanıb və öz başına sanksiyaların müştərək səyləri zəiflətdiyi bildirilib. 

ABŞ senatı 15-iyunda Vaşinqtonun Tehran və Moskvaya qarşı düşmənçilik hərəkətində Rusiya və İrana qarşı yüni sanksiya layihəsini qəbul etdi amma respublikaçılar tərəfindən Şimali Koreanın da İran və Rusiyaya qarşı sanksiyalar paketinə daxil edilməsinə dair təklifindən sonra bu ABŞ senatının nümayəndələr palatasında bu layihənin səsə qoyulması təxirə salındı. 

Teqlər