ABŞ-ın müxtəlif nöqtələrində 20 nəfər güllə ilə öldürülüb
Amerikada silahlı zorakılıqların sayının qeydə alınması mərkəzi bu ölkənin müxtəlif nöqtələrində 20 nəfərin güllə ilə öldürülməsindən xəbər verib.
IRIB-nin məlumatına görə, Amerikada silahlı zorakılıqların sayının qeydə alınması mərkəzi bu gün bildirib ki, ötən sukta ərzində müxtəlif ştatlarda baş vermiş 57 atışma halında azı 20 nəfər ölüb, 35 nəfər də yaralanıbdır.
Bu atışmaların əksər hissəsi Konnektikut, Filadelfiya və Pensilvaniya ştatlarında baş verib.
Amerikada silahlı zorakılıqlar barədə xəbərlərin yayılmasının davamında Florida ştatında silahlı şəxslər Kissimmi şəhərində iki polis məmurunu hədəfə alıblar ki, onlardan biri ölüb, bir nəfər də yaralanıbdır.
Amerikada silahlı zorakılıqların sayının qeydə alınması mərkəzi həmçinin xəbər veribdir ki, ötən iki sutka ərzində bu ölkənin müxtəlif ştatları və şəhərlərində 164 atışma halı barədə məlumat verilib. Bu atışmalar nəticəsində 54 nəfər ölüb, 84 nəfər isə yaralanıbdır.
Dövlət statistikaları göstərir ki, 2017-ci ilin əvvəlindən bəri Amerikanın müxtəlif ştatları və şəhərlərində 39 min 493 halda atışma qeydə alınıbdır ki, bu miqdarda atışma 9 min 801 nəfərin həyatına son qoyub, 19 min 631 nəfəri də yaralayıbdır.