Qondarma Cənubi Osetiya prezidenti müstəqilliyə çağırıb
Avq 26, 2017 11:50 Asia/Baku
Qondarma Cənubi Osetiya prezidenti bu bölgənin Gürcüstandan müstəqil olmasına çağırıb.
Novosti xəbər agentliyinin verdiyi məlumata görə, qondarma Cənubi Osetiya prezidenti Anatoli Bibilov bu bölgənin Gürcüstanın kənarında ayrıca ölkə olmasını istədiyini deyib.
Qondarma Cənubi Osetiya prezident aparatına istinadən verilən məlumatlara görə, bu gün bu bölgədə müstəqilliyin elan olunmasının 9-cu ildönümü mərasimi keçirilir və təhlükəsizlik məqsədi ilə Gürcüstanla sərhədlər naməlum zamanadək bağlı olacaq.
2008-ci ildə Gürcüstanın Cənubi Osetiya və Abxaziyaya hücumundan sonra bu bölgələr müstəqillik elan etdilər amma indiyədək sadəcə Rusiya, Nikaraqua, Venesuela və Naoro ölkələri bu iki bölgənin müstəqilliyini rəsmən tanıyıblar.