Avq 28, 2017 12:05 Asia/Baku
  • Pakistanda anti-Amerika aksiyaları davam edir
    Pakistanda anti-Amerika aksiyaları davam edir

Pakistanda minlərlə əhali Amerikaya qarşı aksiyaların davamında ABŞ-ın region və Pakistana qarşı müdaxiləçi siyasətlərini pisləyib.

İRNA-nın verdiyi məlumata görə, Pakistanın cənubunda Send vilayətində Kəraçi şəhərinin minlərlə əhalisi dünən günörtadan sonra ABŞ-ın bu şəhərdəki konsulluq binası qarşısında etiraz aksiyası keçirib. 

Pakistanlı nümayişçilər Amerikanın anti-pakistan siyasətini pisləyən plakatlar daşıyaraq "Amerikaya ölüm" , " İsrailə ölüm" şüarları səsləndiriblər, ABŞ prezidenti Donald Trampı qınayan digər şüarlar veriblər. 

Bu anti-Amerika aksiyası Pakistanın xüsusi təyinatlı polis qüvvələri tərəfindən dağıdılıb. 

Pakistanın telekanalları aksiyadan canlı görüntülər təqdim edərək polisin müdaxiləsi və gözyaşardıcı qazdan, dəyənəkdən istifadə etməsi, göyə atəş açması görüntülərini göstəriblər. 

Pakistan paytaxtı İslamabadda da bir qrup əhali bazar günü Amerikanın siyasətlərinə qarşı aksiya keçirib. 

ABŞ prezidenti Donald Tramp son vaxtlar Əfqanıstan barədə yeni strategiyasında Pakistanı terrorizmin himayədarı adlandırıb və İslamabadın öz ərazisində terrorçuların sığınacaqlarını məhv etməyəcəyi təqdirdə bu ölkəyə maliyyə yardımlarını dayandıracağı ilə hədələyib. 

Teqlər