Avq 28, 2017 17:49 Asia/Baku
  • Kenyada plastik kisələrə qadağa
    Kenyada plastik kisələrə qadağa

Kenya plastik kisələrdən istifadəyə qadağa qoyan ikinci Afrika ölkəsidir.

Şəhər zibillərində böyük həcmdə plastik kisələr problemi ilə üz-üzə duran Kenya bu plastik kisələrdən istifadəyə qadağa qoymaq qərarına gəlib. Hesablamalara görə bu ölkədə ayda 24 milyon plastik kisə istifadə olunur. Bu kimi mallara qadağa qoyulmasının əleyinə olanlar bu qərarın qeyri-qanuni olduğunu işsizliyə zəmin yaradacağını deyilər. 

Zibillərdə plastik kisə problemi Nayrobidə ən əsas ekoloji problemə çevrilib. Bu kimi kisələr hər yerə yayılıb amma bundan sonra bəlkə bu problem öz həllini tapacaq. Kenya dövləti bu kimi kisələrini istehsalı, idxalatı və istifadəsinə qadağa qoymaq qərarına gəlib və bu kisələri kağız paketlər əvəz edəcək. 

Bu qərarın tənqidçiləri deyirlər ki, ölkənin problemi plastik kisə və butulkalar deyil, bu kimi zibilləri toplayıb yenidən istifadə dövriyyəsinə daxil etmək üçün effekti sistemin olmamasıdır. 

Tənqidçilər öz etirazlarını əsaslandırmaq üçün, çoxlu sayda insanın bu kimi məhsulları toplamaqla gəlir əldə etdiklərini diqqətə çəkir. Bu qadağa plastik kisə və butulkalar istehsal edən zavodlara da təsir edəcək və işsizliyin artmasına səbəb olacaq. 

Teqlər