Hindistanın Bihar əyalətindəki seldə tələfat: 517 nəfər
Sen 01, 2017 13:17 Asia/Baku
Hindistanın Bihar əyalətində sel nəticəsində azı 517 nəfər həyatını itirib və məntəqə sakinlərindən minlərlə nəfərin evi su altında qalıbdır.
Hindistanın Bihar əyalətinin yerli dövləti bildirib ki, güclü leysan yağışları və sel bu əyalət sakinlərinin 17 milyon nəfərdən çoxunu təsir altında qoyub və insanların bir çoxu qaz balonları və sobalarını özləri ilə təhlükəsiz məntəqələrə köçürməyə məcbur olubdur.
Fəsil və musson yağışları yüz minlərlə insanı da Hindistanın şimal və şərq məntəqələrində didərginlərin məskunlaşmaları üçün nəzərdə tutulmuş müvəqqəti düşərgələrə sığınmağa məcbur edibdir.