Kəşmirdə polislə aksiyaçılar arasında toqquşma
Kəşmirin Hindistanın nəzarətində olan hissəsində əhalinin təhlükəsizlik qüvvələrinin repressiv və təcavüzkar müdaxilələrinə qarşı etiraz aksiyası, aksiyaçılarla polis arasında toqquşmalarla nəticələnib.
İRİB-in Yeni Dehlidən verdiyi məlumata görə, dünən keçirilən aksiyada etirazçılar polis ilə toqquşublar.
Polis əməkdaşları etirazçıları dağıtmaq üçün onlara qarşı gözyaşardıcı qaz və plastik mərmidən istifadə ediblər və nəticəcə bir neçə aksiyaçı yaralanıb və saxlanılıb .
Son 5 ay ərzində Kəşmir əhalinin davamlı etiraz aksiyalarının şahididir.
2016-cı il iyul ayında Hizbul-Mücahidinin lideri Bürhan Müzəffər Vaninin Hindistanın təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilməsindən sonra Kəşmirdə vəziyyət gərginləşib və qarşıdurmalarda 260 kəşmirli həlak olub.
Kəşmir əhalisi BMT Təhlükəsizlik Şurasının bu bölgənin müqəddəratının müəyyənləşməsi üçün referendumun keçirilməsi barədə qətnaməsinin icrasını istəyir.