Sen 07, 2017 12:49 Asia/Baku
  • Pakistanda daşqınlar nəticəsində 164 nəfər həlak olub
    Pakistanda daşqınlar nəticəsində 164 nəfər həlak olub

Pakistanda mövsum yağışları indiyədək 164 nəfərin ölümü 167 nəfərin isə yaralanması ilə nəticələnib.

Sinxua xəbər agentliyinin verdiyi məlumata görə, Pakistanın Fövqəladə hallarin İdarə edilməsi Mərkəzi bildirib ki, İyulun axırlarından başlanan kəskin mövsum yağışları nəticəsində indiyədək ölkə boyu 440 ev dağılıb və yüzlərlə insan evsiz qalıb. 

Pakistanda mövsum yaxışları iyundan sentyabradək davam edir və ölkənin müxtəlif ərazilərində daşqınlara səbəb olur. 

BMT-nin hesabatına görə, 2010-cu ildə Pakistanda daşqınlar mindən çox insanın ölümünə və 6 milyon əhalinin evsiz qalmasına səbəb olub. 

Mövsum yağışları Hindistan, Nepal və Banqladeşdə də 1200 nəfərin ölümü ilə nəticələnib. 

Teqlər