Sen 11, 2017 13:31 Asia/Baku
  • 
Çinin sayıqcasına qərarı
    Çinin sayıqcasına qərarı

Dünyanın ən böyük avtomobil bazarı olan Çin bildirib ki, adi yanacaq olan benzin və dizel ilə işləyən avtomobillərin istehsalı və satışını qadağan edəcək, amma hələ qadağanın zamanı barədə qərara gəlinməyibdir.

Pekin əvvəllər bildirmişdi ki, elektrik və hibrid avtomobilləri 2025-ci ilədək bu ölkədə avtomobil satışının beşdə bir hissəsini özlərinə aid etməlidirlər.

Deyilənlərə görə, Çin bu gedişlə avtomobil sənayesindəki hökmranlığını gücləndirmək niyyətindədir.

Çin, Asiya-Sakit Okean bölgəsində birinci avtomobil istehsalçısı və satıcısıdır və hər il dünyada alver edilən bütün avtomobillərin üçdə biri Çində satılır.

Çin artıq elektriklə işləyən nəqliyyat vasitələri üzrə bazarın yarısına sahibdir və bu cür avtomobillərin texnologiyasında, o sıradan elektrik və hibrid avtomobillərinin batareyaları və ehtiyat hissələrinin istehsalında öncüldür. Buna görə, bu qərar olduqca sayıqcasına bir qərardır.

 

 

 

Teqlər