Sen 12, 2017 13:33 Asia/Baku
  • Afrikalı mühacir uşaqlar Avropada incidilirlər
    Afrikalı mühacir uşaqlar Avropada incidilirlər

Beynəlxalq təşkilatlar Afrikalı mühacir uşaqların Avropada məcburi əməyə cəlb edilmək, zorakılığa və cinsi istismara məruz qalmaq kimi xoşagəlməz hallar ilə üzləşdikləri barədə xəbərdarlıq edib.

Röyters-in məlumatına görə, YUNİSEF, bu təşkilat və BMT-nin nəzarəti altında olan miqrasiya qrumları çərşənbə axşamı müştərək bir hesabat yayaraq, bildiriblər ki, Afrikadan Avropaya mühacirət edən uşaqlar digərləri ilə müqayisədə daha artıq cinsi istismara, fiziki zorakılığa və məcburi əməyə məruz qalırlar. 

Hesabatda həmçinin deyilir: Afrika ölkələrindən Liviya yolu ilə Avropaya mühacirət edən uşaqların təqribən 83%-i istismara məruz qalmaq təhlükəsi ilə üz-üzədir. Halbuki, bu rəqəm digər ölkələr üçün 53%-dir. 

Mühacir uşaqların sayı son zamanlar misilsiz şəkildə artıb. Bu məlumata görə 2015-2016-cı illərdə dünyanın 80 ölkəsində valdeynlərindən ayrı düşmüş və heç bir ailənin himayəsi altında olmayan 300 min uşaq qeydə alınıb. 

Teqlər