Tramp yenə Şimali Koreyanı hərbi hücumla hədələdi
ABŞ prezidenti iddia edib ki, bu ölkə Şimali Koreyanın hədələrinə təsirli və möhkəm hərbi cavaba malikdir.
ABC News televiziyasının məlumatına görə, ABŞ prezidenti Donald Tramp cümə günü Şimali Koreyanın son raket sınağını pisləyərək deyib: Vaşinqton bu hərəkətə hərbi cavab verməyə hazırdır.
Joint Endors Hərbi Bazasında çıxış edən Tramp iddia edib ki, Şimali Koreyanın təhdidi ilə qarşılaşmaq üçün Vaşinqtonun möhkəm və təsirli seçimlərinə tam şəkildə inanır.
Şimali Koreya cümə günü orta mənzilli ballistik raketi sınaqdan keçirdi. Ekspertlər bu sınağı ABŞ-ın Quam adasında hərbi bazası üçün praktiki hədə qiymətləndirirlər.
ABŞ-ın bir hərbi rəsmisi də Teleqraf qəzetinə müsahibədə bildirib: ABŞ-ın Quam adasındakı hərbi bazası çox asan şəkildə Şimali Koreyanın raketlərinin hədəfindədir.
Şimali Koreya lideri Kim Çen İn şənbə günü deyib: Pxenyanın məqsədi ABŞ-la qüvvə tarazlığına çatmaqdır. Belə ki, Vaşinqton rəsmilərinin Şimali Koreyanı hərbi cəhətdən hədələməyə cəsarətləri çatmasın.