Las-Veqasda atışma: 20 ölü, 100-dən çox yaralı
https://azeri.sahartv.ir/news/dünya-i284123-las_veqasda_atışma_20_ölü_100_dən_çox_yaralı
Amerikanın polis rəsmiləri bildiriblər ki, bu ölkənin Nevada ştatının Las-Veqas şəhərində baş vermiş atışma nəticəsində iyirmi nəfər ölüb, yüzdən çox insan da yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 02, 2017 12:04 Asia/Baku

Amerikanın polis rəsmiləri bildiriblər ki, bu ölkənin Nevada ştatının Las-Veqas şəhərində baş vermiş atışma nəticəsində iyirmi nəfər ölüb, yüzdən çox insan da yaralanıbdır.

ABŞ polisi bildirib ki, bu gün bu ölkənin Nevada ştatının Las-Veqas şəhərində yerləşən "Mendli Bi" otelində keçirilən musiqi festivalında baş vermiş atışmada iyirmi nəfər ölüb, yüzdən çox insan da yaralanıbdır.

Las-Veqas polisi bildiribdir ki, silahlı şübhəlini güllə ilə hədəfə alıbdır.

Bu məlumata görə, otelin 32-ci mərtəbəsindən insanları atəşə tutan hücumçu şəxs az sonra polisin atəşi nəticəsində öldürülübdür.

Las-Veqas polisi əhalidən hadisə yerindən uzaqlaşmasını istəyibdir.

Atışmanın başlanması ilə bir qrup polis zabiti də öz avtomobillərinin arxasında sığınmağa məcbur olubdur.

Sosial şəbəkələrdə yayılmış foto-şəkillər və videoçarxlar yüzlərlə nəfərin qaçmaqda olduğunu göstərir. Bu videoçarxlarda pulemyotla atəş açılmasının səsi eşidilir. Las-Veqas hava limanında giriş və çıxış uçuşları dayandırılıb.

Las-Veqas polisi "Mendli Bi" otelində şübhəli bir bağlamanın araşdırılması üçün hadisə yerinə bomba zərərsizləşdirən bölmələr göndəribdir.