Avropa Komissiyası Kataloniya referendumuna qarşı çıxıb
https://azeri.sahartv.ir/news/dünya-i284141-avropa_komissiyası_kataloniya_referendumuna_qarşı_çıxıb
Avropa Komissiyası Kataloniya məntəqəsinin istiqlaliyyətilə bağlı referendumun keçirilməsinə qarşı çıxıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 02, 2017 18:15 Asia/Baku
  • Avropa Komissiyası Kataloniya referendumuna qarşı çıxıb
    Avropa Komissiyası Kataloniya referendumuna qarşı çıxıb

Avropa Komissiyası Kataloniya məntəqəsinin istiqlaliyyətilə bağlı referendumun keçirilməsinə qarşı çıxıb.

Avropa Komissiyası İspaniyanın mərkəzi dövlətindən və Kataloniya məntəqəsinin başçılarından istəyibdir ki, qarşıdurma yerinə, müzakirəyə üz tutsunlar.

Kataloniya məntəqəsinin İspaniyadan müstəqil olması üzrə referendum rəsmi Madridin müxalifətinə rəğmən, oktyabrın birində keçirilib.

İspaniyanın mərkəzi dövləti Kataloniyaya bir neçə min nəfərlik polis qüvvəsi və xüsusi təyinatlı qüvvələr göndərmişdi ki, bu qüvvələr səsvermə məntəqələrində səsverənlər ilə toqquşmuş və onların həmin məntəqələrə daxil olmalarını əngəlləməyə səy göstərmişdilər.

Bu qanlı toqquşmalarda 844 nəfər yaralanmışdı.

İspaniyanın dövləti və əsas qanun məhkəməsi kəskin tərzdə bu referendumun keçirilməsinə qarşı olaraq, onu qanunsuz adlandırmışdılar.