AB Rusiyaya sanksiyadan 30 milyard avro xəsarət görüb
Avropa Birliyi ABŞ-ın istiqamətləndirməsi ilə Rusiyaya iqtisadi sanksiyaların davam etməsindən hələ də zərər çəkir.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Avropa Parlamentinin müraciətinə əsasında Avstriya İqtisad Universitetinin 2014-cü ildən indiyə qədər həyata keçirdiyi araşdırmalara əsasən, Avropa ölkələri 30 milyard avrodan çox zərər görüb.
Bu məlumata görə, 2014-cü ildən Avropanın Rusiyaya ixracatı ildə 15,7% azalıb və sanksiyaların tətbiq olunması ilə 40%-ə çatıb.
Buna əsasən, 2013-cü ildə Avropanın Rusiyaya 120 milyard dollar dəyərində ixracatı olub. Bu rəqəm 2016-cı ildə 72 milyard avroya azalıb.
Rusiya və Avropa əlaqələri Krım və Ukrayna böhranından sonra gərginləşib.
2014-cü il iyul ayında Avropa və ABŞ Rusiyanın hüquqi və fiziki şəxslərinin sanksiyasına başlayıb və sonda bu ölkənin bütün iqtisadi qurumlarına sanksiya tətbiq ediblər.
Qarşısında Rusiya da bu ölkəyə sanksiya tətbiq edən ölkələrdən ərzaq, kənd təsərrüfatı məhsullarının idxalını qadağan edib.