ABŞ-da silahlı insidentlərdə 14 nəfər həlak olub
ABŞ-da Silahlı İnsidentlərin Statistikasının Qeydiyyatı Mərkəzi bu ölkənin müxtəlif bölgələrində silahlı insidentdə 14 nəfərin həlak olduğunu bildirib.
İRİB-in məlumatına görə, ABŞ-da Silahlı İnsidentlərin Statistikasının Qeydiyyatı Mərkəzi bazar günü bildirib: Ötən sutka ərzində müxtəlif ştatlarda 44 silahlı insident nəticəsində 14 nəfər həlak olub, 26 nəfər yaralanıb.
Məlumata görə, silahlı insidentlərin əksəriyyəti Virciniya, İllinoyz, Nyu-Cersi ştatlarında baş verib.
ABŞ-da Silahlı İnsidentlərin Statistikasının Qeydiyyatı Mərkəzinin məlumatına görə, həmçinin 2017-ci ilin əvvəlindən indiyə qədər ABŞ-ın müxtəlif ştat və şəhərlərində 47 min 395 silahlı insident halı qeydə alınıb. Nəticədə 11 min 844 nəfər həlak olub, 24 min 76 nəfər yaralanıb.
Qeyd edək ki, ötən həftə Nevada ştatının Las-Veqas şəhərində qanlı silahlı insidentdə 60 nəfər həlak olub, yüzlərlə nəfər yaralanıb.